Loading...
profil photo

PhD. Vurğun HACIYEV

Sistem mühəndisi, proqramçı, təlimçi

Azərbaycan Dövlət Neft Akademiyasında İstehsal proseslərinin avtomatlaşdırılması ixtisası üzrə bakalavr və magistr təhsilini tamamlamış, fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Süni intellekt (machine learning algorithms) Stanford Universitetinin Mühəndislik bölməsinin professor heyəti ilə elmi-tədqiqatlar aparır. Xaricdə 4 elmi əsəri, ümumilikdə isə 13 elmi əsəri nəşr olunmuşdur. Türkiyənin İstanbul Texniki Universitetində Cisco CCNA kursunu tədris etmişdir. Karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında informasiya texnologiyaları mütəxəssisi olaraq başlamışdır. Daha sonra Millikart Processing Mərkəzində baş mütəxssis, Unibankın CIO, Cisco Regional Akademiyasında instruktor olaraq fəaliyyətini davam etdirmişdir. Cisco sistemləri üzrə beynəlxalq təlimçidir. Bir çox dövlət və qeyri-dövlət strukturlarının texnoloji fundamentinin qurulması layihələrini həyata keçirmişdir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən elektron dərsliklərin hazırlanması, terminoloji bazanın yeniləşdirilməsi layihələrini aparır, SUP Accelerator adlanan yerli startapların qlobal bazara yayılmasına kömək edən mərkəzin mentorudur. Profesional karyerasına ATL Info Tech şirkətinin Texnologiya direktoru olaraq davam edir.