Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Andre Kote

İR üzrə beynəlxalq ekspert (KANADA)

İnsan Resurslarının idarəedilməsi üzrə bakalavr və (MBA) dərəcələrini nüfuzlu Kanada universitetlərində alan Andre Cote 15 ildən artıqdır ki, müxtəlif Kanada xəstəxanalarında və digər böyük şirkətlərdə İnsan Resursları departamentinin rəhbəri kimi çalışıb.

Bundan əlavə, cənab Cote`nin 30 illik beynəlxalq İnsan Rersursları üzrə konsultant təcrübəsi var. O, Şərqi Avropa, Balkanlar, Qafqaz, Şimali, Qərbi, Şərqi və Mərkəzi Afrika, Cənub Şərqi Asiya və Karib hövzəsi ölkələri də daxil olmaqla dünyanın müxtəlif bölgələrində işləyib.

Cənab Cote iqtisadi fəaliyyətin müxtəlif sahələrində, aqrobiznes, elektrik enerjisi, səhiyyə, dağ-mədən sənayesi, dəmir yolu nəqliyyatı və dövlət qulluğunun müxtəlif sahələrində İnsan resurları sistemləri, siyasəti və prosedurlarının təşkili, yenidən qurulması, tanıdılması və inkişafı daxil olmaqla, kiçik, orta və böyük miqyaslı layihələr üzrə fərdi ekspert, komanda lideri və layihə meneceri kimi çıxış edib.

İnsan resurslarının planlaşdırılması və inkişafı, işə qəbul siyasəti və prosedurları, korporativ təlim siyasəti, xidməti fəaliyyətin qiymətləndirilməsi, göstəricilər, səhiyyə və təhlükəsizlik məsələlərini əhatə edən mükafatlandırma siyasəti məsələləri kimi layihələr insan resursları eksperti olaraq cənab Cote`nin gördüyü əsas işlərdir.

Son illərdə onun təcrübəsi nazirliklər və dövlət müəssisələri daxil olmaqla böyük müəssisələrin idarəetmə strukturlarının funksional analizinə yönəlmişdir.

İnsan resurslarının idarəolunmasında o əsas yeri liderliyin, eləcə də, şirkət əmədaşları arasında inam və etibarın gücləndirilməsində istifadə olunan kəmiyyət alətləri və bençmarkinqə verir. Cənab Cote hesab edir ki, şirkətlərdə insan resurslarının rolunun artırılması şirkətlər üçün yalnız əlavə dəyər yaratmaqla əldə edilə bilər.