Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Berna Öztınaz

İdarə heyətinin sədri

Peşəkar karyerasına turizm sektorunda başlayan Berna Öztınaz İnsan resursları sahəsindəki iş fəaliyyətinə 1998-ci ildə Kordsa A.Ş. şirkətində başlamış, Türkiyə ilə yanaşı Misir, Almanya, Argentina ve İrandakı layihələrin həyata keçirilməsində iştirak etmişdir.

2005-ci ildən etibarən EnerjiSA şirkətində karyerasını davam etdirən Berna Öztınaz, 2007-ci ildən etibarən İnsan Resursları departamentinin direktoru kimi fəaliyyətini davam etdirmiş və biznes mükəmməlliyi, korporativ ünsiyyət, satın alma və hüquq funksiyalarını idarə etmişdir.

Berna Öztınaz 2012-ci ildən etibarən Sabancı holdinq və dünyanın aparıcı enerji şirkətlərindən biri olan E.ON ortaqlağında fəaliyyətini davam etdirən Enerjisa Enerji A.Ş tərkibində istehsal, ticarət, distribusiya satış şirkətlərinin strateji insan resursları və biznes dəstək funksiyalarını idarə etmiş, satınalmalar və birləşmələrin özəlləşdirilməsi prosesində insan resurslarının idarə edilməsi, korporativ mədəniyyətin və sənaye əlaqələrinin idarə edilməsi, korporativ ünsiyyət və iş üstünlüyü sahələrində çalışmışdır.

2016-2018-ci illərdə STFA holdinq Strateji və İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışan Berna Öztınaz hazırda Peryön (Türkiye İnsan Yönetimi Derneği) idarə heyətinin sədri kimi fəaliyyətini davam etdirir.