Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Bülent Hasdemir

Təsisçi

Bülənt Hasdemir Boğaziçi universiteti Sənaye mühəndisliyi fakultəsindən məzun olmuşdur. Koç holdinqə bağlı Bekoteknik A.Ş., Arçelik A.Ş.`də baş mühəndis olaraq çalışmışdır. Daha sonra Netaş şirkətində Ege region direktoru olaraq çalışan Bülent Hasdemir, İzdaş holdinqdə Korporativ planlaşdırma, korporativ kommunikasiya və biznesin inkişafı koordinatoru vəzifələrini yerinə yetirmiş, son olaraq Coca-Cola Bottlers`də İnsan resursları direktoru vəzifəsində çalışmışdır.

Peşəkar idarəçilik karyerasını başa vurduqdan sonra Bülent Hasdemir 2002-ci ildən etibarən İnsan resursları, fərdi və təşkilati inkişaf və idarəçilik sahələrində konsultasiya xidmətləri həyata keçirməyə davam edir.

İnsan resursları və fərdi və təşkilati inkişaf çərçivəsində Bülent Hasdemir bir çox yerli xə xarici şirkətlər üçün səriştə əsaslı insan resurslarının idarə edilməsi, insan resurslarının planlaşdırılması, karyeranın planlaşdırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, insan resursıları siyasət, təlimat və prosedurları, işə qəbul və mentorinq mövzularında layihələr həyata keçirmişdir.