Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Carla Leininger

Məhsul üzrə data analist

Facebookda fəaliyyətə başlamazdan əvvəl Karla Pensilvaniya ştatının Pitsburq şəhərində Fortune 500 şirkətlərinə strategiya və işə qəbulda marketinq proqramlarının icrasının həyata keçirilməsi, karyera sərgilərinin təşkili, müxtəliflik proqramlarının və işəgötürən bredinin formalaşdırılması vasitəsilə istedadların qazandırılmasında böyük töhfələr vermişdir.

O, həmçinin karyera dəyişikliyində şəxsi brendinqin yaradılması, rezyumelərin hazırlanması və fərdlərə müsahiblərdə iştirak texnikalarının öyrədilməsi üzrə müstəqil karyera kouçu kimi fəaliyyət göstərmişdir.

Karla İctimai əlaqələr ixtisası üzrə magistr dərəcəsinə yiyələnmiş və texnologiya şirkətlərinin birində İctimai əlaqələr üzrə menecer vəzifəsində çalışmışdır. Onun portfoliosuna pres relizlər, bioqrafiyalar, vebsaytların hazırlanması, məqalələr və keyslərin öyrənilməsi daxildir.

Karla səyahətdən zövq alır və dünya musiqisi ilə maraqlanır. O, 18 il ərzində WRCT 88.3 FM- də müsahibələr apararaq, musiqilər ifa edərək və Pitsburq şəhəri üçün təbliğat işləri apararaq könüllü radio şou aparıcısı və beynəlxalq musiqi direktoru kimi fəaliyyət göstərmişdir. Onun verilişi bütün dünyada yayımlanmışdır.