Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Cənab Orxan Məmmədov

İqtisadiyyat Nazirliyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri

Orxan Məmmədov 1984-cü il iyul ayının 1-də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetində Biznes administrasiyası üzrə magistr təhsili alıb. 2012-ci il Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib. Əmək fəaliyyətinə 2006-cı ildə Sənaye və Energetika Nazirliyində başlayıb. 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən, Sahibkarlığın inkişafı siyasəti şöbəsində baş məsləhətçi, şöbə müdirinin müavini, Xarici iqtisadi əlaqələr şöbəsində şöbə müdirinin müavini, Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.

İqtisadiyyat Nazirliyində işlədiyi dövr ərzində müxtəlif ölkələrlə birgə yaradılmış hökümətlərarası komissiyaların 100-ə yaxın iclaslarında və müxtəlif işçi qruplarında təmsil olunmuş, bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilində yaxından iştirak etmişdir. 2018-ci ildə Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan, ingilis, rus və türk dillərində sərbəst danışır