Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Cənab Orxan Məmmədov

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin

Orxan Məmmədov 1984-cü il iyul ayının 1-də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2009-cu il Odlar Yurdu Universitetində Biznes administrasiyası üzrə magistr təhsili alıb. 2012-ci il Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib. Əmək fəaliyyətinə 2006-cı il Sənaye və Energetika Nazirliyində başlayıb. 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalıb. Məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlmişdir. 2017-ci ildə Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin idarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan, ingilis, rus və türk dillərini sərbəst danışır.