Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Hüsniyə Məhərrəmova

Aparıcı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalvr və magistr təhsili almışdır. Peşəkar fəaliyyətinə İctimai Televiziya və Radio Yayımları Şirkətində başlamış Hüsniyə Məhərrəmova,  2008-2014-cü illər ərzində İTV-nin Musiqi və əyləncəli proqramlar departamentinin Direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.

Televiziyadakı fəaliyyəti ilə yanaşı Hüsniyə xanım müxtəlif illərədə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etmiş Azərbaycan nümayəndə heyətlərinin rəhbəri vəzifəsində çalışmış, ölkəmizdə təşkil edilən müxtəlif iri idman, konsert və s. layihələrin təşkil edilməsinə birbaşa rəhbərlik etmişdir.

Hal-hazırda Hüsniyə Məhərrəmova ATV-də "5-ci element" televiziya şousunun aparıcısı və müxtəlif layihələrdə kreativ direktor kimi çalışır.