Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

İlham HACIYEV

Hedhanter, Roman müəllifi

Xarici Dillər Universitetində bakalavr təhsilini tamamladıqdan sonra magistr təhsilini Qərb Universitetində İqtisadiyaytın Hüquqi tənzimlənməsi sahəsində almışdır. İtaliyada yaşadığı dövrdə Siena Universitetində İtaliya mədəniyyəti bölməsini fərqlənmə diplomu ilə eyni zamanda Fransanın ESG biznes məktəbini maliyyə üzrə bitirmişdir. Əlavə olaraq Fransanın Sarbonna Universitetində Fransız ədəbiyyat tarixi üzrə magistratura təhsili almışdır.

2007-ci ildən dünya səviyyəli Pedersen & Partners işə qəbul şirkətinin partnyoru olmuşdur. Azərbaycan, İran, Gürcüstan, Ukraina, Belorusiya, Qazaxıstan, Türkmənistan, Türkiyə, BƏƏ, İraq kimi 40-dən çox ölkədə 3 mindən artıq müxtəlif sənaye və xidmət sahələrindən (FMCG, tibb, İT, bank, istehsalat sənayesi, telekommunikasiya, neft və s.) menecerlərlə intervyular keçirmiş, Microsoft, Alcatel-Lucent, DuPont, 3M, Holcim, Danone, Nestle, Imperial Tobacco, BAT, Aujan, Ulker, Arc International, Pfizer, Roche, Sanofi, Novartis, Astra-Zeneca, Berlin-Chemie Menarini, Polpharma, Sopharma, Agfa Health Care, Panalpina və s. kimi böyük şirkətlərlə 150-dən artıq uğurlu layihə həyata keçirmişdir.

2015-ci ildə özünün “T&I Consultancy” hedhantinq şirkətini təsis etmişdir. «Капля дождя, застывшая между небом и землей...» adlı romanı 2010-cu ildə Rusiyada ədəbiyyat mükafatına layiq görülmüşdür.