Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

İpek ARAL

İR konsultant, Təlimçi, Bloqqer

İnsan resursları karyerasına 1998-ci ildə “OBEY Yönetim Danışmanlık” şirkətində başlamışdır. Daha sonra peşəkar təcrübəsini “Migros A.Ş”-də Ankara bölgəsi üzrə məsul şəxs və “Kar Şirkətlər Qrupu”nda İnsan resursları müdiri vəzifələrində davam etdirmişdir.

2008-ci ildən şirkətlərdə professional karyerasını dayandırmışdır. 2009-cu ildə Türkiyənin ilk insan resursları bloqu olan “Kaynağım insan” bloq səhifəsini açmışdır. “Kaynağım insan” bloqu 2010-cu ildə Qızıl hörümcək ən yaxşı insan resursları saytı və ikinci ən yaxşı “İş dünyası bloqu” mükafatlarını qazanmışdır.

Hazırda özünün bloqu və eyni adlı konsultasiya şirkəti ilə dövlət və bələdiyyə idarəetməsi sahəsində idarəçilik və insan resursları sistemlərini qurmaq üzrə konsultasiya dəstəyi verməkdədir. İxtisas təlimləri verir, konfrans və seminarlarda spiker olaraq çıxış edir.