Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Leyla MƏHƏRRƏMOVA

Kouç, İR və Menecment üzrə Konsultant, Təlimçi

Xəzər Universitetinin Filalogiya fakultəsini bitirdikdən sonra Bakı Dövlət Neft Akademiyasının Ciorcia Dövlət universiteti (ABŞ Atlanta)  ilə birgə proqramda Magistr dərəcəsi almışdır. Əlavə olaraq, Erickson Beynəlxalq Universitetində (Kanada) Kouçinq üzrə təhsil almışdır. Hazırda isə psixoanaliz sahəsində təhsilə və araşdırmalara davam edir. Karyerasına Azercell şirkətində başlamış, sonralar isə ümumilikdə 18 ildən artıq müddəti əhatə edən, telekommunikasiya, neft-qaz, inşaat, nəqliyyat, özəl biznes sferalarda fəaliyyət göstərən, coğrafi olaraq Rusiya, Qafqaz və Şərqi Avropa regionalarına yayılmış transmilli şirkətlərin İnsan Resursları Direktoru postunda işləmişdir. 2 il Amcham Azərbaycanın İnsan Resursları Komitəsinə rəhbərlik etmişdir. Profesional karyerasının son 5 ilini CRA Şirkətlər Qrupunda Qrup üzrə İnsan Resursları Direktoru işləmişdir.

Hazırda şirkətlərə və fərdi şəxslərə müxtəlif təlim, profesional kouçinq və məsləhət xidmətləri göstərən LY Insight Coaching & Consulting şirkətinin Direktorudur.