Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Leyla Quliyeva

Moderator

Leyla Quliyeva ali təhsilini Bakı Musiqi Akademiyasında bakalavr və magistr təhsili almışdır. Peşəkar fəaliyyətinə İctimai Televiziya və Radio Yayımları Şirkətində başlayan Leyla Quliyeva İctimai Televiziyanın Musiqili, bədii və əyləncəli verilişlər departamentinin aparıcı simalarından biri kimi tanınmışdır. 

Leyla Quliyeva bir çox televiziya və radio verilişlərinin, müxtəlif tədbirlərin aparıcılığını etməklə yanaşı, ictimaiyyətlə əlaqələr üzrə rəhbər vəzifələrdə çalışmışdır. 

O, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində üzv və şərhçi kimi fəaliyyət göstərmiş, 2012-ci ildə ölkəmizdə keçirilən “Avroviziya” mahnı müsabiqəsinin aparıcısı olmuşdur.

Leyla Quliyeva AzTV-də yayımlanan “61!” şousunun (dünyaca məşhur intellektual “Jeopardy!” şousunun Azərbaycan versiyası) və "Əlaçı" verilişinin aparıcılığını etmişdir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Hal-hazırda Leyla Quliyeva İctimai Televiziyada Musiqi, əyləncəli və xüsusi layihələr departamentinin müdiri vəzifəsində çalışır.