Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Nikhil Desai

Beynəlxalq Spiker, Treyner, Motivator

Nikhil Desai Beynəlxalq məruzəçi, motivator və təlimçidir. O, insanları öz şəxsi və peşəkar həyatlarında uğur qazanmağa ruhlandırmağa böyük həvəs göstərir.

Yüksək enerjili çıxış tərzi ilə güclü təqdimatçı olan Nikhil Desai iştirakçıları davamlı inkişafa ruhlandırır və motivasiya verir. Son 27 il ərzində 250 mindən çox insan dünyanın 53 şəhərində onun təqdimatlarından yararlanmışdır. Cənab Desai ABŞ-da MBA təhsili almış və Nyu Yorkda işləmişdir.

Nikhil Desai 2016-cı ildə təşkil edilmiş İnsan Resurslarının İnkişafı konqresində (World HRD Congress) “Ömürlük Uğur Mükafatına” layiq görülmüşdür.

O həmçinin “işdə mükəmməlliyə nail olmaq, yüksək təsirə malik təqdimat etmək, məhsuldarlığı iki dəfə artırmaq, bədəni və beyni dinamikləşdirmək, rəhbərlərin inkişafı, bədəni və beyni canlandırmağın əyləncəli metodları, ünsiyyət bacarıqlarında və müştəri münasibətlərində mükəmməllik, idarəetmənin inkişaf etdirilməsi, zamanın idarə edilməsinin öyrənilməsi, şəxsi mükəmməllik, vaxt və stersin idarə olunması” və s. kimi proqramlar həyata keçirir.