Yüklənir...
30 Noyabr, 2018 - Bakı, Azərbaycan
profil photo

Margarete Ciuk

İdarə heytəinin üzvü

Marqaret Londonda biznes konsultasiya sahəsində lider şirkətlərdən biri olan Willis Towers Watson şirkətinin direktor müavini postunu tutur. İşçilərin şirkətə bağlılığı və təşkilatlarda insan davranışlarının psixologiyası sahəsində konsultasiya verir. O, işçilərin şirkətə bağlılığı ilə əlaqədar sorğuların tərtibi və keçirilməsi, həmçinin pərakəndə satış, FMCG, maliyyə, media və texnologiya sahələrində dünyanın ən böyük təşkilatları üçün tədqiqatları layihələndirir və həyata keçirir. Marqaret liderlik qrupları ilə öz işlərini yaxşılaşdırmaq üçün tədbirləri müəyyənləşdirmək və prioritetləşdirməyə kömək edən dərin təcrübəyə malikdir. Avropa və Yaxın Şərqdəki müxtəlif bazarlarda və bölgələrdə yerli rəhbərlik qrupları ilə işləyib. Təşkilati problemlərin arxasında dayanan unikal mədəni təsirləri tədqiq etmiş və işçi sorğularının nəticələrinə əsaslanaraq, təsirli əməliyyat planlarının hazırlanmasına köməklik etmişdir. Marqaret ixtisasca psixoloqdur və müntəzəm olaraq beynəlxalq konfranslarda çıxış edir.