Yüklənir...
15 Noyabr, 2019 - Bakı, Azərbaycan
profil photo

Dr.Christian Gollasch

İcraçı Direktor

 

Christian Gollasch AudaCons HR & Leqal Konsaltinq şirkətinin Baş Konsultantı və sahibidir.

Carlsberg Group (DK) dünyada üçüncü ən böyük pivə istehsalçısıdır. Christian bu şirkətdə HR Direktorunun müavini, Şərqi Avropa regionu HR məsələləri üzrə vitse-prezident, Mükafatlandırma komitəsinin katibi olaraq müxtəlif funksiyaları icra edir və istedadların idarə edilməsi və transformasiya, mobillik, mükafatlandırma sistemləri və bu kimi məsələlərin həllində iştirak edir.

2014-cü ilə qədər dünyanın ən böyük retail şirkəti sayılan və Metro Qrupun tərkibinə daxil olan Metro AG (GE) holdinqində HR Menecment və Strategiya üzrə Korporativ rəhbər və HR Direktorun müavini vəzifələrində çalışmışdır. Daha sonra Metro Qrupun ən böyük satış xətti sayılan METRO Cash & Carry International GmbH (GE) holdinqində HR Menecmentin rəhbəri və HR Direktorun müavini vəzifələrini icra etmişdir.

2003-2010-cu illərdə Metro Qrupun Makro Cash və Carry şirkətlərində Korporativ HR rəhbəri, Təşkilati İnkişaf üzrə Korporativ rəhbər, Korporativ Hüquq Məsləhətçisi vəzifələrində çalışmışdır.

2000-2003-cü illərdə bu gün Orrick LLP-in bir hissəsi olan Hölters & Elsing Rechtsanwälte (GE) şirkətində Hüquqşünas, vəkil kimi fəaliyyət göstərmişdir.