Yüklənir...
15 Noyabr, 2019 - Bakı, Azərbaycan
profil photo

Erik dö la Geroniyer

Təlim-tədris mərkəzinin Direktoru

Erik dö la Geroniyer 30 ildən çoxdur ki, SUEZ-də çalışır. 2009-cu ildə o, içməli və tullantı suyun idarə edilməsi ilə bağlı biznes istiqamətləri üzrə təlim-tədris direktoru təyin edilmiş, SUEZ-in təlim-tədris menecerləri şəbəkəsinə rəhbərlik etmiş, təşkilatın elektron tədris platformasının yaradılmasına və həyata keçirilməsinə, habelə yeni tədris metodlarının işlənib hazırlanmasına məsul olmuşdur. O, eyni zamanda SUEZ-in bilik və bacarıqlarının xarici ölkələrə ötürülməsi ilə bağlı müqavilələrin təlim-tədris komponentinə məsuldur. O, tender təklifinə verilən cavabdan başlayaraq müqavilənin icrasına qədər bütün mərhələlərə öz töhfəsini verir. Onun fəaliyyətinə dair nümunələr arasından Mərakeşin Lidek şəhərində icra olunan SEAAL müqaviləsini, Azərbaycanda “Azərsu” ASC ilə əməkdaşlığı, Myanmarın Mandalay şəhərindəki layihəni, Seneqal və Fil Dişi Sahilində ERANOVE müqaviləsini, Səudiyyə Ərəbistanında JCBU müqaviləsini, Oman Sultanlığında PAEW layihəsini və Hindistanın Mumbay şəhəri ilə əməkdaşlığı misal göstərmək olar.

Daha əvvəllər o, 8 ildən çox bir müddət ərzində “SUEZ Eau France”ın Beynəlxalq İnkişaf və Təlim Mərkəzinin Direktoru vəzifəsində çalışmışdır.

Öz peşəkar fəaliyyəti boyunca, su idarələrində bir sıra əməliyyat xarakterli vəzifələrdə çalışmışdır: Parisin qərb bölgəsində içməli suyun təmizlənməsi və paylanması idarəsinin direktoru və sənaye İT Departamentinin meneceri olmuşdur. O, öz bacarıqlarını SUEZ əməkdaşlarının həmrəylik cəmiyyəti olan “Aquassistance” üçün də səfərbər edir. Cənab Geroniyer Beynəlxalq Su İdarəsinin Direktorlar Şurasında SUEZ tərəfindən direktor qismində çıxış edir.