Yüklənir...
15 Noyabr, 2019 - Bakı, Azərbaycan
profil photo

Natella İsazadə

Beynəlxalq Spiker, Təşkilati Mükəmməllik üzrə mütəxəssis

Natella İsazadə Kanada BC Vancouverdə təşkilati mükəmməllik üzrə mütəxəssis, müəllif və beynəlxalq spikerdir. Natella Nebraska Omaha Universitetini Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi ilə bitirib.

Natella İsazadə fərqli sənayelərdə keyfiyyət, sağlamlıq və təhlükəsizliyin idarə edilməsi sahəsində 15 ildən çox peşəkar təcrübəyə malikdir.  O, dünya səviyyəli idarəetmə sistemlərini tətbiq etmək, iş proseslərini yaxşılaşdırmaq və liderliyi inkişaf etdirməklə təşkilatlara ən yüksək nəticələr əldə etməyə kömək edir.

Natella İsazadə, Keyfiyyət və Təşkilati Mükəmməlliyin Sertifikatlı Meneceri, qabaqcıl Toastmasters Communicator və Səriştəli Lider sertifikatları daxil olmaqla bir sıra sertifikatların sahibdir.

2019-cu ildə TEDx Chillivakda çıxış edib, "Keyfiyyət 4.0 – Hazırsınız?" adlı kitabı nəşr edilib, növbəti kitab olaraq "Quality In Quality Out" adlı kitabının və eyni adlı bloq, şəxsi inkişaf və təşkilati mükəmməllik haqqında kitablar üzərində işləyir.