Yüklənir...
15 Noyabr, 2019 - Bakı, Azərbaycan
profil photo

Uğur Karaboğa

Direktor

 

Uğur Karaboğa

Mental HR - Consultancy təşkilatının qlobal əməliyyatlar üzrə rəhbəri

 

Karaboğa 1988-ci ildə Türkiyənin Samsun şəhərində anadan olmuşdur. Marmara Universitetindən Biznes İnformatika (Alman dilində) ixtisası üzrə bakalavr dərəcəsini almışdır. Akademik təhsilini İstedadların idarə edilməsi sahəsi üzrə davam etdirir.

Universitetdə təhsil aldığı müddətdə müxtəlif qeyri-hökumət təşkilatlarının və tələbə klublarının işində fəal iştirak etmiş və sosial məsələlər və gənclər mövzusunda müxtəlif layihələr hazırlamışdır. Universitet klublarında çalışması ilə tələbələr və bir çox sahələr üzrə mütəxəssislərin bir araya gəlməsi ilə bağlı uğurlu fəaliyyət göstərmişdir.

Peşəkar karyerasına 2011-ci ildə rəqəmsal rabitə sahəsində başlamışdır. 2014-cü ildə Mental HR - Consultancy şirkətinin yaradılmasında iştirak etmişdir. Karaboğa, Mental HR – Consultancy təşkilatının qlobal əməliyyatlar üzrə rəhbəri olaraq, şirkətin Türkiyə və beynəlxalq əməliyyatlar üzrə fəaliyyətinə cavabdehlik daşıyır. Eyni zamanda, İnsan Resursları sahəsində rəqəmsal həllər təqdim edən HRGlob şirkətinin yaradıcısıdır.