Yüklənir...
15 Noyabr, 2019 - Bakı, Azərbaycan
profil photo

Zahid Mubarik SHRM-SCP, SPHRi, GPHR

İcraçı Direktor

 

Zahid Mubarik, Pakistanda HR Metrics və SHRM Partner şirkətlərinin baş direktoru.

O, İR Metrikslər üzrə ekspert və 162 ölkənin üzv olduğu ISO assosiasiyasının qlobal İR standartlarının təkmilləşdirilməsini hədəfləmiş ISO 260 Texniki Komitəsinin Cənubi Asiya regionu üzrə yeganə üzvüdür.

TK 260 əvvəllər ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, İsveçrə, Avstriya, Norveç, Hollandiya, Portuqaliya və Pakistan daxil olmaqla yalnız 11 ölkənin nümayəndələrindən ibarət idi. Hazırda təşkilat 57 ölkədən ibarətdir.  Zahid, Vaşinqton, London, Melburn, Rotterdam, Paris, Sinqapur, Bali və Milanda keçirilən İR standartlarının hazırlanması görüşlərində fəal iştirak etmişdir. Göstərdiyi xidmətlərə və verdiyi töhfələrə görə o, İR Metrik Standartları İşçi Qrupunun qlobal Konvensiyaçısı fəxri adına layiq görülmüşdür. Rəhbərliyi dövründə, TC 260, İşə qəbulun keyfiyyəti və Təsiri adı altında iki standart spesifikasiya nəşr etmişdir. Zahid Mubarik Pakistanda Kompetensiya əsaslı SHRM Sertifikatlaşdırmanı tanıtmış və ölkədə 200-dən çox İR rəhbərlərinə təlim keçmişdir. O, Las-Veqas, Pekin və Dubayda keçirilən SHRM konfranslarında əsas natiq qismində çıxış etmişdir. Həmçinin, ABŞ İnkluzasiya Mərkəzinin Direktorlar Şurasının üzvüdür.

Mubarik, Pakistanda Qlobal Müxtəliflik və İnklüziv Qiymətləndirmə Standartının geniş şəkildə tətbiqinə rəhbərlik etmişdir. "İşçi Qüvvəsi - Sabah" İR jurnalının baş redaktorudur.

HR Metrics şirkətinə Pakistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və Azərbaycan daxil olmaqla 5 ölkədə HR Analytics Global standartı üzrə sertifikatlaşdırmanı təşkil etmək həvalə edilmişdir.